Quraqlıqlar son yarım əsrdə 650 min insanın ölümünə səbəb olub

23 İyul 2021 07:31 (UTC+04:00)

Quraqlıqlar son yarım əsrdə dünyada 650 min, qasırğalar 577 mindən çox insanın ölümünə səbəb olub.

SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, bu məlumatlar Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış qurumu olan Ümumdünya Meteoroloji Təşkilatı (WMO) tərəfindən yayımlanıb.

"Son 50 ildə təbii fəlakətlərdən ən çox ölümə quraqlıqlar (650.000 ölüm), qasırğalar (577.232), daşqınlar (58.700) və həddindən artıq istilər (55.736) səbəb olublar", - deyə təşkilatın məlumatında bildirilir.

Fəlakətlərin iqtisadi ziyana səbəb olduqlarına gəldikdə isə ilk sıralara qasırğalar (521 milyard dollar) və daşqınlar (115 milyard dollar) daxildirlər.