2021-ci ilin yanvar-iyun aylarında Türkiyədə Azərbaycan kapitalı ilə 124 şirkət qeydiyyata alınıb ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 73 şirkət çoxdur.
SİA-nın məlumatına görə, bu barədə Türkiyə Ticarət və Sənaye Palatası (TOBB) məlumat yayıb.
Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətlərinin məcmu kapitalı 37,225 milyon lirə təşkil edib, 2020-ci ilin eyni dövründə isə bu rəqəm 8,245 milyon lirəyə bərabər olub.
2021-ci ilin yanvar-iyun aylarında Azərbaycan şirkətlərinin əksəriyyəti İstanbulda (109) qeydiyyata alınıb. Bu şirkətlərin ümumi kapitalı 37,145 milyon türk lirəsi təşkil edib.