Dünyanın ən güclü kvant kompüteri - ÇİNDƏDİR

22 İyul 2021 18:57 (UTC+04:00)

Çində elm adamları ən güclü superkompüter ilə ən azı səkkiz il çəkəcək tapşırığı kvant kompüteri ilə cəmi 72 dəqiqə ərzində yerinə yetirdilər. SİA xarici KİV-lərə istinadən xəbər verir ki, Hefeideki Çin Elm və Texnologiya Universitetinin fiziki Pan Cianveinin rəhbərlik etdiyi qrup keçən ayın sonunda nəşr olunan, lakin hələ nəzərdən keçirilməmiş bir sənəddə Zukonqzhi kvant prosessorunun klassik hesablamaya qarşı çıxdığını və rekordlar qırdığını söyləyib.

Komanda "Təcrübəmiz kvant kompüteri ilə 1,2 saat ərzində tamamlana bilən, lakin hər hansı bir super kompüter üçün qeyri-müəyyən vaxt tələb edəcək hesablamada müvəffəq oldu" deyə Arxiv.org saytında dərc olunan yazıda bildirib.