Uruqvay millisinin üzvü “Roma”ya keçir

22 İyul 2021 17:19 (UTC+04:00)

İtaliyanın “Roma” klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, İtaliya A Seriyası təmsilçisi "Roma" “Palmeyras”dan Matias Vinyanı heyətinə qatmağa yaxındır.

23 yaşlı müdafiəçinin yaxın zamanda “Roma” ilə rəsmi müqavilə imzalayacağı gözlənilir. Paytaxt klubunun idman direktoru Tiaqo Pinto da Vinya ilə razılaşdıqlarını təsdiqləyib. “Roma” müdafiəçi üçün “Palmeyras”a 13,5 milyon avro ödəyəcək.

Vinya Uruqvay milli komandasının da üzvüdür.

Ziya Hikmətoğlu