Kluyvertin yeni iş yeri məlum olub

22 İyul 2021 10:03 (UTC+04:00)

Fransanın “Nitsa” klubu heyətini yeni futbolçu ilə gücləndirib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Liqa 1 təmsilçisi son olaraq “Roma”da çıxış edən Kastin Kluyverti heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Kluyvert icarə əsasında “Nitsa”ya keçib.

Fransa klubu 2022-ci ilin yayında 10 milyon avro ödəməklə yarımmüdafiəçinin transfer hüquqlarına sahib ola bilər.

Kastin Niderland milli komandasının əfsanəvi futbolçularından olan Patrik Kluyvertin oğludur.

Ziya Hikmətoğlu