Yaponiyanın sabiq baş naziri "Tokio-2020"nin açılış mərasiminə qatılmayacaq

22 İyul 2021 07:45 (UTC+04:00)

Yaponiyanın sabiq Baş naziri Şinzo Abe Olimpiadanın açılış mərasiminə qatılmayacaq.
SİA "NHK" telekanalına istinadla xəbər verir ki, sabiq Baş nazir yüksək səviyyəli qonaq qismində Tokio Olimpiadasının açılış mərasiminə dəvət olunmasına baxmayaraq, tədbirdə iştirak etməkdən imtina edib.
Bildirilir ki, hökumətin sabiq başçısı bu barədə qərar Tokioda hələ də davam edən fövqəladə vəziyyət rejimi ilə əsaslandırıb. Xatırladaq ki, koronavirus pandemiyasına görə, həm açılış mərasimində, həm də yarışların əksəriyyətində adi vətəndaşların iştirakına icazə verilməyəcək. Bunu əsas gətirən Ş.Abe adi Yaponiya vətəndaşlarının qatıla bilmədiyi tədbirdə iştirakdan imtina edib.
Qeyd edək ki, Tokio Olimpiadası 202-ci il iyulun 24-dən avqustun 8-dək keçirilməli idi. Lakin koronovirus pandemiyasına görə yarışlar bir il müddətinə təxirə salınıb. Eyni zamanda, təşkilatçılar əcnəbi həvəskarların və yerli tamaşaçıların da Tokioda və daha altı prefekturada Olimpiya tədbirlərinə buraxılmaması barədə qərar qəbul ediblər.