Tunis sahillərində gəminin batması nəticəsində 17 miqrant həlak olub

22 İyul 2021 04:42 (UTC+04:00)

Tunis sahillərində miqrantları daşıyan gəmi batıb.

SİA-nın "Rueters"ə istinadən verdiyi məlumata görə, gəminin göyərtəsində olan miqrantlar Aralıq dənizini keçərən İtaliyaya girmək istəyiblər. Gəminin batması nəticəsində 17 nəfər həlak olub, 380 nəfər isə xilas edilib.

Bildirilir ki, ölənlərin hamısı Banqladeş vətəndaşları olub. Gəminin göyərtəsində həmçinin Suriya, Misir, Sudan, Eritreya, Mali vətəndaşları da olub.