Floridada ev çökməsi nəticəsində ölənlərin ailələrinə 150 milyon dollar kompensasiya veriləcək

22 İyul 2021 07:09 (UTC+04:00)

Florida ştatının Mayami şəhəri yaxınlığındakı Sörfsaydda yaşayış binasının çökməsi nəticəsində zərərçəkənlər və ölənlərin yaxınlarına ən azı 150 milyon dollar təzminat veriləcək.

SİA-nın "Fox News" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Mayami-Deyd dairəsinin məhkəməsinin qərarında deyilir.

Məlumata əsasən, sözügedən məbləğin 50 milyon dolları sığorta üzrə ödənişlərə, 100 milyon dolları isə sakinlərin evsiz qalması ilə əlaqədar ödəniləcək: "Məhkəmə ilk növbədə zərərçəkənləri düşünür. Onların hüquqları qorunacaq".

Xatırladaq ki, iyunun 24-nə keçən gecə Sörfsaydda yaşayış binası çöküb. Yaşayış binasının çökməsi nəticəsində 97 nəfər həlak olub, 37 nəfəri isə xilas etmək mümkün olub.