Gəncə sakini kürək nahiyəsindən bıçaqlanıb

22 İyul 2021 00:49 (UTC+04:00)

Gəncə sakini kürək nahiyyəsindən bıçaqlanıb.

SİA-nın yerli bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Gülüstan yaşayış massivində baş verib. Şəhər sakini - 1983-cü il təvəllüdlü Kərimov Nəbi Elbəy oğlu bıçaq yarası ilə xəstəxanalardan birinə yerləşdirilib və əməliyyat edilib.

İlkin məlumata əsasən, hadisəni törədən şəxs ərazidən qaçıb.Faktla bağlı araşdırmalara başlanılıb, hadisəni törədən şəxsin kimliyi dəqiqləşdirilir.

İlham Məmmədov