"Sumqayıt" avrokuboklara səfər heç-heçəsi ilə başlayıb

21 İyul 2021 23:56 (UTC+04:00)

Konfrans Liqasında 2-ci təsnifat mərhələsinə start verilib.

SİA xəbər verir ki, turnirdəki təmsilçilərimizdən "Sumqayıt" bu gün mübarizəyə başlayıb.

Ayxan Abbasovun komandası ilk dəfə keçirilən bu yarışa Serbiyanın “Çukariçki” klubu ilə oyunla start verib.

Belqradda keçiriləcək matç Bakı vaxtı ilə saat 22:00-da başlayıb. Bu, Azərbaycan futbol tarixinə yeni yaradılan Konfrans Liqasındakı ilk oyun kimi düşüb.

Sabah isə "Qarabağ" və "Keşlə" bu turnirdə mübarizəyə qoşulacaq.


21 iyul

Konfrans Liqası

2-ci təsnifat mərhələsinin ilk oyunu

22:00. “Çukariçki” (Serbiya) – “Sumqayıt” (Azərbaycan) - 0:0
Baş hakim: Urs Şnider (İsveçrə)
Belqrad. “Çukariçki” stadionu