Şirvan şəhərində yanmış kişi meyiti tapılıb

21 İyul 2021 23:03 (UTC+04:00)

Şirvan şəhəri Heydər Əliyev prospektində yerləşən "köhnə çörəkbişirmə" zavodunun həyətində yüksək gərginlikli elektrik enerjisi qutusuna düşərək yanmış kişi meyiti aşkar edilib.

SİA-nın məlumatına görə, tanınmaz halda aşkar edilən meyitin kimə məxsus olduğu hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Meyit müayinə olunmaq üçün Şirvan Şəhər Pataloji anatomiya və məhkəmə tibbi ekspertiza mərkəzinə yerləşdirilib.

Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda araşdırma aparılır.