Klub “Liverpul”un futbolçusu ilə müqavilə imzalayıb

21 İyul 2021 20:21 (UTC+04:00)

İngiltərənin “Liverpul” klubunun futbolçusu Tayvo Avonyi karyerasını Almaniyada davam etdirəcək. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 23 yaşlı yarımmüdafiəçi “Union Berlin” klubuna keçib. Bu barədə Berlin təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Tayvo ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

2015-ci ildən “Liverpul”da çıxış edən Tayvo ötən mövsümü icarə əsasında məhz “Yunion”da keçirib. Nigeriyalı hücumçu Bundesliqada 22 oyunda 5 qol vurub, 4 məhsuldar ötürmə edib.

Ziya Hikmətoğlu