Çində dəhşətli daşqın - 12 NƏFƏR ÖLÜB

21 İyul 2021 20:07 (UTC+04:00)

Son zamanlarda dünyanın bir çox yerində yağan güclü yağışlar daşqın və torpaq sürüşməsi kimi fəlakətlərə səbəb olur. Ötən günlərdə Almaniyada baş verən daşqın fəlakətindən sonra indi isə Çindən yeni bir xəbər gəlib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ölkənin Henan əyalətində yağan güclü yağışların səbəb olduğu sel suları küçələrə qərq edib. Güclü yağışların səbəb olduğu daşqın nəticəsində ən 12 nəfər ölüb.