Makron Hitlerə bənzədilir

21 İyul 2021 16:59 (UTC+04:00)

Fransada prezident Emmanuel Makronu Adolf Hitlerlə müqayisə edən afişalarla bağlı istintaq başladılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Fransanın cənubunda, Var vilayətinin Toulon və Seyne-sur-Mer şəhərlərində, yoldakı reklam lövhələrindəki posterlərdə, Michel-Ange Flori, prezident Makronun yeni növ koronavirusa qarşı peyvənd siyasətini tənqid edib.Onu Hitlerə bənzədərək karikatura edib.

Belə ki, "İtaət edin, aşı olun!" Afişalarının üstünə "Utan" ifadəsi yazılıb. Toulon prokuroru Bernard Markal, ictimaiyyət qarşısında böhtan atdığı üçün Floriyə qarşı istintaq başladıb.

Flori, sosial media hesabındakı açıqlamasında, makronistlərin bütlərinə lağ etməsinə dözə bilmədiklərini deyib.

Daha əvvəl təqribən 350 mübahisəli afişa asması ilə tanınan Flori, 2019-cu ildə Sarı jiletliləri dəstəklədiyinə görə tənqid olunub.

Turqay Musayev