Koçaryansız qalan Ermənistan parlamenti...

21 İyul 2021 15:51 (UTC+04:00)

Xatırladaq ki, Ermənistandakı erkən seçkilərdə ikinci olmasına baxmayaraq “Hayastan” bloku rəhbərlərindən biri, sabiq prezident Robert Koçaryan yenə də “təvazökarlıq” göstərib “mənim şərəfim var”dan fərqli olaraq deputat mandatdan imtina edib. Səbəb də gətirib ki, o artıq iki dəfə deputat olub deyə, bu dəfə Ermənistanda yenidən rəhbər olmaq istəyirmiş. İndi hakimiyyətə can atanın biri kimi ona adi deputat mandatı verib “başını aldada bilməzsiniz”.

Deyim ki, Robert həmin ərəfədə “parlamentə getməkdən imtina etməyim mübarizədən çəkilməyim demək deyil” deməklə, hələ bir Nikola “xox” gəlməyi də unutmayıb.

Amma “Hayastan”dan fərqli olaraq, “Mənim şərəfim var” bloku, doğrudan da, “şərəfinin olduğunu” sübut edərək, bu gün “ellikcə” parlamentə gedəcəklərini bəyan ediblər.

Qeyd edək ki, “şərəflilərin” deputat mandatlarını alması barədə xəbəri “Rodina” partiyasının mətbuat katibi Sos Akobyan bəyan edib. Onun sözlərinə görə, bu anda daha özünəqəsdləşmə olmayacaq...

Doğrudan da, əgər, bu sözləri Sos Akobyan deyirsə, deməli o hazırda Ermənistanda Robert Koçaryandan “elə də az çəkisi olmayan” Artur Vanetsyanın onun “arxasında dayandığına əmindir”.

Əlavə edək ki, “Hayastan” bloku artıq ötən gün əvvəl də Robertsiz də olsa, deputat mandatlarını aldıqlarını bildirmişdilər.

...Beləliklə, “Hayastan” 29, “Mənim şərəfim var” bloku isə 7 deputat mandatı ilə Ermənistan parlamentində təmsil olunacaqlar.

Ağasəf Babayev