Çimərlikdə atışma olub - 9 NƏFƏR YARALANIB

21 İyul 2021 14:38 (UTC+04:00)

İtaliyanın cənubunda yerləşən Apuliya vilayətində çimərliklərdən birində baş verən atışma nəticəsində 9 gənc yaralanıb. SİA-nın verdiyi məlumata görə, hadisə İtaliyanın Taranto şəhərində çimərlikdə gənclərdən ibarət iki qrup arasında baş verib. Atışma zamanı hadisə yerində 300-dək adam olub. Hadisənin səbəbi hələ ki məlum deyil.

Yaralananlar 18-28 yaş arasındadır. Xəsarət alanlardan birinin vəziyyəti ağırdır.

Polis araşdırma aparır.