Şabranda dəhşətli hadisə

21 İyul 2021 13:45 (UTC+04:00)

Şabran rayonunda ailədaxili münaqişə baş verib, ata oğlunu yaralayıb. SİA-nın verdiyi məlumata görə, hadisə Qaraqaşlı kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1991-ci il təvəllüdlü Mahir Elçin oğlu Şərifov sol qolunun kəsilməsi şikayəti ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. O bildirib ki, ailədaxili münaqişə zamanı atasının atdığı bıçaq onun əlini kəsib. Ona xəstəxanada sol said sümüyü iç tərəfinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub, yarası sarındıqdan sonra ambulator müalicəyə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.