Əfsanələrin “el klasiko”sunda “Real” sevindi

21 İyul 2021 13:39 (UTC+04:00)

İspaniyanın “Real” və “Barselona” komandalarının əfsanələri xeyriyyə matçında üz-üzə gəliblər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, İsrailin Təl-Əviv şəhərində baş tutan “el klasiko” “Real”ın 3:2 hesablı qələbəsi ilə başa çatıb. Madrid komandasının heyətində Alfonso Peres, Munitis və Ruben de la Red fərqlənib. “Barselona”nın qollarına isə Ronaldinyo və Jofre Mateu imza atıb.

Ziya Hikmətoğlu