Braziliyada son sutka ərzində 1424 nəfər koronavirusdan həyatını itirib

21 İyul 2021 08:20 (UTC+04:00)

Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 27 592 nəfər yoluxub.

SİA-nın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 19 419 437 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 1 424 nəfər ölüb, ölənlərin ümumi sayı 544 180 nəfər təşkil edir.