Çində metro tunelinin su altında qalması nəticəsində azı 12 nəfər ölüb

21 İyul 2021 06:29 (UTC+04:00)

Çinin Zhengzhou şəhərində (Henan əyalətinin inzibati mərkəzi) daşqın nəticəsində metro tuneli su altında qalıb.

SİA-nın "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə məlumat verən hakimiyyət ən azı 12 nəfərin öldüyünü, 5 nəfərin isə yaralandığını bildirib.

Ümumilikdə, tuneldən təxminən 500 nəfər təxliyyə edilib.