ABŞ şirkəti göyərtəsində insanların olduğu iki uçuş planlaşdırır

21 İyul 2021 04:38 (UTC+04:00)

ABŞ-ın "Blue Origin" şirkəti bu il göyərtəsindəki sərnişinlərlə birlikdə "New Şepard" kosmik gəmisinin daha iki uçuşunu həyata keçirməyi planlaşdırır. Bu barədə şirkətin sahibi, milyarder Ceff Bezos təşkil etdiyi mətbuat konfransında açıqlayıb.

Bezos bildirib: "Bu il insanların olduğu gəmidə daha iki uçuşumuz olacaq, gələn il isə nə edəcəyimizə hələ əmin deyiləm. Başlanğıcların tezliklərinin tədricən nəyə çevriləcəyinə qərar verəcəyik. Bunun çox yüksək olmasını istəyirik".