“İnter” Arturo Vidalla vidalaşmaq istəyir.

20 İyul 2021 15:34 (UTC+04:00)

SİA.az xarici mətbuata istinadən xəbər verir ki, Milan klubu çilili yarımmüdafiəçinin transferindən pul qazanmağı düşünmür. “İnter”in hətta illik qazancı 7 milyon avro olan Vidalın hansısa kluba keçəcəyi halda, onun məvacibinin bir hissəsini ödəmək istədiyi də iddia olunur.

Bir sözlə, “neradzurra” 34 yaşlı futbolçudan qurtulmaq niyyətindədir. Vidal “İnter”ə 2020-ci ildə “Barselona”dan transfer olunmuşdu və iki illik müqavilə imzalamışdı. Çilili futbolçu “İnter”dən əvvəl “Yuventus”, “Bavariya”, “Barselona” kimi klublarda forma geyinib