Ərdoğanın Talıbanın işğalçılıq siyasətinə cavabı

19 İyul 2021 15:22 (UTC+04:00)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Taliban haqqında jurnalistlərər açıqlama verib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Şimali Kipr Türk Respublikasına yola düşməzdən əvvəl hava limanında jurnalistlərin suallarını cavablandıran Türkiyə Prezidenti deyib: "Əfqanıstan əhalisi əsasən müsəlman olan bir ölkədir. Taliban üçün Əfqanıstandakı işğalçılıq hərəkatına davam etmək doğru bir yanaşma deyil".