Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsindən azad edildi

19 İyul 2021 14:25 (UTC+04:00)

Prezident İlham Əliyev M.İ.İsmayılovun Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsindən azad edilməsi haqqında Sərəncam verib.

Sərəncamla Mikayıl İsmayıl oğlu İsmayılov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsindən azad edilib.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.