Peyvənd olanlar bunlara diqqət etməlidir NAZİR AÇIQLADI

19 İyul 2021 15:09 (UTC+04:00)

Rusiyanın səhiyyə naziri Mixail Muraşko televizyaya müsahibəsi zamanı koronavirusun daha sürətli yayılmağa başladığını və xəstələrdə ağciyər zədələnməsinin inkişafının sürətləndiyini bildirib. SİA xəbər verir ki, "Rossiya 24" televiziyasında danışan Muraşko "Covid-19"un fəsatlarından söz açıb: "Əvvəllər ağciyər zədələnməsi altıncı-yeddinci gündə müşahidə edilirdi, indi üçüncü-dördüncü gündə görülə bilər. Bəzi yeni simptomlar ortaya çıxıb. Bağırsaq simptomları var. Daha tez-tez anginaya bənzər bir çox başqa simptom görülür. Vaksinasiyadan keçmiş şəxslər fiziki cəhətdən yorulmamalıdır".

Muraşko eyni zamanda qeyd edib ki, ən azı bir dəfə peyvəndlənmədə iştirak edən insanların 25% qədərinin xəstələnə biləcəyini, ancaq 95% xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmadığını söyləyib: "Peyvəndlənmək virusdan qorunmaq üçün əhəmiyyətli bir amildir. Qapalı cəmiyyətlərdə peyvənd bizi qoruyur, eyni zamanda xüsusilə risk kateqoriyalarında ciddi fəsadların qarşısını alır. Ölümcül fəsadların da qarşısı alınır".

Rusiyanın səhiyyə naziri əlavə edib ki, peyvənddən sonra bir müddət alkoqol istehlakından çəkinmək, saunaya girməmək, idman etməmək və fiziki cəhətdən yorulmamaq lazımdır.