Tokyo Olimpiadaları təşkilat komitəsi idmançıların Olimpiya kəndində qaldıqları otaqlara qoyulan yataqların eyni anda iki nəfər oturduğu zaman yıxılacağı şəkildə inşa edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu haqda Türkiyənin Hürriyət qəzetinin əməkdaşı Ertuğrul Güneş məlumat yayıb.
Virusun ötürülməsinin qarşısını almaq üçün hər cür yolu sınayan təşkilat komitəsi, idmançıların Olimpiya kəndində cinsi əlaqədə olmasının qarşısını almaq üçün, kartondan çarpayılar hazırlayıb. Həmçinin yataq iki nəfər yatarkən yıxılmaq üçün dizayn edilib.
Qeyd edək ki, Böyük Britaniyalı gimnast Rhys Mcclenaghan çarpayıya çıxıb və karton döşəklərin cinsi əlaqəyə mane ola bilməyəcəyini göstərməyə çalışıb.
2008-ci ildə Pekində qızıl medal qazanan məşhur ABŞ qadın qapıçısı Hope Solo isə bunları deyib: "İdmançılar Olimpiya kəndinin hər yerində cinsi əlaqədə idilər"
Digər tərəfdən təşkilat adından başqa tədbirlər də alınıb. Epidemiya tədbirləri çərçivəsində keçiriləcək oyunlarda, mərasim zamanı ilk 3 idmançıya əvvəlki oyunlarda olduğu kimi boynuna taxaraq medal verilməyəcək. Bir qutuda təqdim ediləcək medalları idmançıların özləri geyəcəklər. Medal qutularını hazırlayan əməkdaşlardan dezinfeksiya edilmiş maskalar və əlcəklər taxmaq tələb olunur. Mərasimdə idmançılar məcburi maskalar da taxacaqlar. Qurumdakı səlahiyyətlilər iş sahələri daxil olmaqla idmançılardan 2 metr məsafədə qalacaqlar. Bu şəxslər ayrıca, yeməklərini təkbaşına və ya başqalarından 2 metr məsafədə yeyəcəklər.
Yarışlarda iştirak edəcək idmançılar və ətrafdakılar gündəlik Covid-19 sınağından keçəcəklər.
Əlavə olaraq, hər dəfə Olimpiya və Paralimpiya kəndinə və ya bir təşkilat sahəsinə girəndə şəxsin istiliyi yoxlanılacaq. Xəstəlik əlamətləri olanlara giriş qadağandır. Covid-19 tədbirləri çərçivəsində oyunlara ölkə xaricindən heç bir tamaşaçı buraxılmayacaq.
Turqay Musayev