Sən də şəhid oldun igid İmanım - ŞEİR VAXTI

18 İyul 2021 12:16 (UTC+04:00)

Şahbuz torpağının igidi şəhid İman Alməmmədovun ata anasının dilindən.

Sən də şəhid oldun igid İmanım.
Torpaqlar uğrunda ağır döyüşdə,
Sən də şəhid oldun igid İmanım.
Düşmən üzərinə gedən yürüşdə,
Sən də şəhid oldun igid İmanım.

Gedəndə söylədin döyüşdür yolum,
Aldın qisasını düşməndən oğlum.
Ey qeyrətli balam,qanadım,qolum,
Sən də şəhid oldun igid İmanım.

Dedin yoxmu sonu yurda həsrətin,
Çoxaldı düşmənə olan nifrətin.
Dadı yaman imiş acı həsrətin,
Sən də şəhid oldun igid İmanım.

Sinəni Vətənçün eylədin sipər,
Dözdün hər əzaba ey ər oğlu ər.
Yazdın öz adınla ən gözəl əsər,
Sən də şəhid oldun igid İmanım.

Elnur Əbülfəzoğlu

ALLAH bütün şəhidlərimizə rəhmət eləsin məkanları cənnət olsun İNŞALLAH!