“Azərbaycan” qəzetinin şöbə redaktoru vəfat edib

18 İyul 2021 10:22 (UTC+04:00)

Əməkdar jurnalist, “Azərbaycan” qəzetinin şöbə redaktoru Allahverdi Mehdiyev bu gün səhər rəhmətə gedib. Bu barədə SİA-ya mərhumun yaxınları məlumat veriblər.

Onun ölümünə səbəb insult keçirməsi olub. Allaherdi Mehdiyev əvəllər açıq ürək əməliyyatı keçirmişdi... Əməkdar jurnalist A.Mehdiyev əslən Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndindəndir. 1980-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib. Jurnalistikadakı fəaliyyətinə görə, “Tərəqqi” medalı ilə təltif olunub. O, uzun illər idi ki, “Azərbaycan” qəzetində Beynəlxalq şöbənin redaktoru vəzifəsində işləyirdi... Allah rəhmət eləsin...