Ölkələri diz çökdürən və rəsmi rəqəmlərə görə, 4 milyondan çox insanın ölümünə səbəb olan koronavirus epidemiyasının hələ qarşısı alına bilməsə də, Amerikanın qəlbində yeni bir virus görülüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, 9 iyulda Nigeriyadan Dallas Hava limanına uçan ABŞ vətəndaşında "meymun çiçəyi virusu" aşkar edildiyi elan edilib. Dallas səlahiyyətlisi Klay Jenkins etdiyi açıqlamada heç bir həyəcan təbilinin olmadığını və ümumi bir təhlükəni gözləmədiyini bildirib. 7-14 gün arasında simptomlar inkişaf edən virusun simptomlarına yorğunluq, baş ağrısı, yüksək atəş və əzələ ağrıları daxildir. 2003-cü ildə nəzarətə alınan virus üçün xüsusi bir müalicə və ya peyvənd yoxdur.
Ötən günlərdə İngiltərə səlahiyyətliləri tərəfindən edilən açıqlamada "meymun çiçəyi virusunun" 2 nəfərdə təsbit edildiyi bildirilib. Qeyd edək ki, hər iki xəstənin eyni ailədən olduqları və xarici mənşəli olduqları bildirilib.
Turqay Musayev