“Liverpul”un “İnter”in futbolçusu Nikolo Barellanı transfer etmək istədiyini xəbər vermişdik. SİA xəbər verir ki, Mersisayd təmsilçisi 24 yaşlı yarımmüdafiəçi üçün klubuna 70 milyon avro təklif edib. Bu barədə klub məlumat yayıb. Barellanı satmaq istəməyən “İnter” bu təklifdən sonra düşünmək üçün “Liverpul”dan vaxt istəyib.
Barella İtaliya yığması ilə AÇ-2020-nin qalibi olub. O, turnirdə 6 oyunda 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Ziya Hikmətoğlu