“Yuventus”un futbolçusu əməliyyat olunub

17 İyul 2021 11:13 (UTC+04:00)

İtaliyanın “Yuventus” klubunun yarımmüdafiəçisi Artur əməliyyat olunub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 24 yaşlı futbolçunun sağ ayağında aparılan əməliyyatın uğurlu keçdiyi diqqətə çatdırılıb. Yarımmüdafiəçinin bərpa müddətinin təxminən 3 ay çəkəcəyi bildirilib.

Qeyd edək ki, Artur fevraldan bəri dizindən problem yaşayırdı. Braziliyalı oyunçu geridə qalan mövsümdə “Yuventus”un heyətində 32 matça çıxıb.