Elektrikli velosiped sürənlər - CƏZALAR TƏTBİQ EDİLİR? -FEDERASİYA RƏSMİSİ AÇIQLADI

16 İyul 2021 16:27 (UTC+04:00)

“Bəzi tanınmış velosiped firmaları elektrikli velosiped istehsal edirlər və ölkəmizdə də bu velosipedlərin satışı mövcuddur. Düzdür sadə velosipedlərə nəzərən elektrikli velosipedlərin qiyməti biraz yüksəkdir”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat katibi Pərviz Musayev deyib.

Onun sözlərinə görə, son zamanlarda isə adi velosipedlərə elektrik motorlarının quraşdırılması hallarının şahidi olmuşuq: “Bu kursdar üsulu ilə edilən bir yığımdır və vətəndaşlarımız üçün çox təhlükəlidir. Bütün kabellər, şunurlar hamısı çöldən gedir və naqillər gizlədilmir. Yəni bu hal çox təhlükəli bir haldır. Mən yenə bildirmək istəyirəm elektrik motoru ilə olan velosipedlərin istehsalı var amma biz o velosipedlərə baxarsaq görərik ki, o elektrik naqillərinin hamısı velosipeddin hissələrindən olan ramanın içərisindədir. Digər bir səbəbdən də vətəndaşlar üçün təhlükəli məqamlardan biridə bildiyiniz kimi, velosiped yollarının az olması və elektrikli velosipedlərində sürətli olmasını nəzərə alsaq, yol qəza şəraitləri yarana bilir. Bunun üçündə müəyyən sürət limiti qoyulmalı və Bakı şəhər Dövlət Yol Polis idarələri nəzarət etməlidirlər”.

Ziya Hikmətoğlu