Millimizin müdafiəçisi “Sabah”dan ayrılıb

16 İyul 2021 15:08 (UTC+04:00)

Azərbaycan millisinin müdafiəçisi Bəhlul Mustafazadə “Sabah”dan ayrılıb. SİA-nın yerli mətbuata istinadən verdiyi məlumatına görə, müdafiəçi karyerasını ölkə xaricində davam etdirəcək.“Qəbələ”nin yetirməsinin "Masazır" klubu ilə müqaviləsi gələn ilin yayında bitəcək. “Sabah” onu müəyyən təzminat qarşılığında buraxmağa razılıq verib.

Bu ilin yanvarında Danimarkadan "Veyle" Bəhlul Mustafazadə üçün "Sabah"a təklif göndərmişdi. Sonradan transfer hüququnu almaq şərtilə onu 6 aylıq icarəyə götürmək istəmişdilər.

Lakin klub 24 yaşlı müdafiəçi ilə həmin vaxt vidalaşmaq variantını geri çevirmişdi.