İtalya A Seriyasında flaş qərar qəbul edilib

16 İyul 2021 11:39 (UTC+04:00)

Dünyanın ən vacib liqalarından biri olan İtalya A Seriyasında yeni mövsümdən əvvəl maraqlı bir qərar verilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, İtalya Futbol Federasiyası rəhbərliyi, 2022-2023 mövsümündən yaşıl rəngli forma geyinməyi qadağan edib.

Televiziya yayımlarında problem yaradıb

Komandalar qısa müddətdə yaşıl formaları ilə vidalaşmalı olacaqlar. Bu qərarın səbəbi yaşıl formaların sahə döşəməsinə inteqrasiyası və nəticədə televiziya yayımlarında görüntünün azalması idi.

“Lazio”, “Sassuolo” və “Atalanta” yaşıl rəngdədirlər

İtaliya A Seriyasındakı klublardan “Sassuolo”, “Lazio” və “Atalanta” səfər formalarında daha çox yaşıl rəngindən istifadə edirlər.

Ziya Hikmətoğlu