İşğaldan azad edilmiş ərazilərdə "DOST" mərkəzləri açılacaq - QURUM RƏSMİSİ AÇIQLADI

15 İyul 2021 17:43 (UTC+04:00)

"Ötən gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Abşeron "DOST" Mərkəzinin açılışı olub. Maraqlı memarlıq layihəsi olan yeni "DOST" Mərkəzində gün ərzində təxminən 400 vətəndaşın qəbul edilməsi üçün hər cür şərait yaradılıb. Bu prosesi 120 nəfərə yaxın işçi heyəti və 50 könüllü həyata keçirəcək". Bu sözləri SİA-ya açıqlamasında "DOST" Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin direktor müavini Teymur Hacıyev deyib.

Onun sözlərinə görə, Abşeron "DOST" Mərkəzinin açılışı ilə "DOST" Regional Proqramına start verildi: "Yaxın zamanda layiləndirilməsi bitmiş bir neçə mərkəzin tikintisi planlaşdırılır. Bunlar Bərdə, Quba, eyni zamanda iri şəhərlərimiz olan Sumqayıt və Gəncədə açılacaq. Həmçinin Şəki, Sabirabad, Masallıda da bu istiqamətdə işlər aparılır. İşğaldan azad edilmiş rayonlarımızda da "DOST" mərkəzlərinin açılışı planlaşdırılır".

Ayşən Vəli