“Barselona” futbolçuya yeni müqavilə təklif edib

15 İyul 2021 16:55 (UTC+04:00)

“Barselona” klubu futbolçusu İlyaş Moribaya yeni müqavilə təklif edib. SİA xaici mətbuata istinadən xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçi klubun təklifini rədd edib. Bu barədə “Marka” nəşri məlumat yayıb. Yeni sözləşmənin maliyyə şərtlərini bəyənməyən Moriba təklifə “yox” deyib. Buna cavab olaraq klub rəhbərliyi Moribanı əvəzedici komandaya göndərib.

Moribanın “Barselona” ilə müqaviləsi 2022-ci ilin yayına qədərdir. Yarımmüdafiəçinin “transfermarkt”da dəyəri 25 milyon avrodur.