“Baytarlıq haqqında” Azərbaycan Respublikasının qanununa əsasən baytarlıq preparatlarının, onlara aid sənəd və materialların ekspertizası və qeydiyyat sınağının nəticələrinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlıq preparatlarının dövlət reyestrinə daxil edilməsi və bu barədə müvafiq formada hazırlanmış qeydiyyat şəhadətnaməsinin verilməsi Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilir. AQTA-dan SİA-ya verilən məlumata görə, bununla əlaqədar olaraq 5-10 iyul 2021-ci il tarixlərində AQTA tərəfindən ümumilikdə 17 adda baytarlıq preparatı, yem və yem əlavəsi dövlət qeydiyyatına alınaraq qeydiyyat şəhadətnaməsi sifarişçiyə təqdim olunub. Qeydiyyata alınan baytarlıq preparatlarından 11 ədədi Türkiyə, 3 ədədi İordaniya, 2 ədədi Çin, 1 ədədi isə Belarus istehsalıdır.
|
№ |
İstehsalçı ölkə |
İstehsalçı şirkət |
Preparatın adı |
Preparatın növü |
|
1 |
Belarus Respublikası |
BelVitunifarm ASC |
Estrofan VBF |
hormonal |
|
2 |
Çin Xalq Respublikası |
Hebei Guangren Pharmaceutical |
Granulae |
antihelmint |
|
3 |
Çin Xalq Respublikası |
Hebei Guangren Pharmaceutical |
Granulae |
antihelmint |
|
4 |
İordaniya |
Spektra Vet Creating Value |
Spektra Zanide Forte |
antihelmint |
|
5 |
İordaniya |
Spektra Vet Creating Value |
Piperazin |
antihelmint |
|
6 |
İordaniya |
Spektra Vet Creating Value |
Finasol |
antihelmint |
|
7 |
Türkiyə |
Anesmia Sağlık |
sneSmia Vet |
antiseptik |
|
8 |
Türkiyə |
Almer Kimya İlaç Gida Tarım |
Alfoam |
dezinfektant |
|
9 |
Türkiyə |
Almer Kimya İlaç Gida Tarım |
Xlor blok |
suda xloru neytrallaşdırmaq |
|
10 |
Türkiyə |
Almer Kimya İlaç Gida Tarım |
Alfusid |
dezinfektant |
|
11 |
Türkiyə |
Almer Kimya İlaç Gida Tarım |
Povideks plyus 10% |
dezinfektant |
|
12 |
Türkiyə |
Almer Kimya İlaç Gida Tarım |
Zoviroks |
dezinfektant |
|
13 |
Türkiyə |
Almer Kimya İlaç Gida Tarım |
Dezol 20% |
dezinfektant |
|
14 |
Türkiyə |
Almer Kimya İlaç Gida Tarım |
Almer Rod Pasta |
rodentisid vasitə |
|
15 |
Türkiyə |
Almer Kimya İlaç Gida Tarım |
Almer Rod Mum Blok |
rodentisid vasitə |
|
16 |
Türkiyə |
İstanbul Global İlaç |
Aminoplus Likid Premiks |
yem əlavəsi |
|
17 |
Türkiyə |
İstanbul Global İlaç |
Eforvit Likit Premiks |
yem əlavəsi |