Ermənilər Rusiya SM-nın ərazisindən Şuşaya atəş açdılar NÖVBƏTİ DƏFƏ!

15 İyul 2021 09:42 (UTC+04:00)

İyulun 15-i gecə saatlarında Azərbaycan Ordusunun Şuşa şəhəri ətrafındakı mövqeləri atıcı silahlardan atəşə tutulub. Atəş, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən açılıb. SİA xəbər verir ki, Müdafiə Nazirliyinin məlumatına görə, qarşı tərəfin susdurulması məqsədilə cavab atəşi açılıb.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.