ABŞ-ın Texas ştatında konqresdə baş tutacaq səsvermədə iştirak etməmək üçün demokratlar yeni üsula əl atıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, demokratlar respublikaçıların təklif etdiyi səsvermədə iştirak etməmək üçün Texasdan Vaşinqtona xüsusi helikopterlə gedib. Belə ki, səsvermə üçün ən azı 150 nəfər üzvün üçdə ikisi orda olmalıdır. Onlar xüsusi iclasın 1 aylıq vaxtı dolmamış geri qayıtmayacaqlarını bildiriblər.
Konqresdə təklif edilən qanun seçki xətalarına qarşı təsirləri ağırlaşdırmağı və partiya müşahidəçilərinin nüfuzunu artırmağı hədəfləyir. Respublikaçılar bunu seçki təhlükəsizliyi baxımından qiymətləndirsə də, demokratlar səsvermə hüququna hücum kimi qiymətləndirir. Səsvermədən qaçan vəkillər Texasda olsa polis tərəfindən zorla konqresə səsvermə üçün gətirilə bilər. Ancaq onlar başqa ştatda olduğu üçün bu mümkün deyil.
Turqay Musayev