Şənbə günündən bu yana xəstəxanada olduğu deyilən Braziliya prezidenti Bolsonaro bu gün yenidən xəstəxanaya yerləşdirilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, şiddətli qarın ağrısı yaşadığı deyilən prezidentin səhhəti ilə bağlı ətraflı məlumat verilməyib. Onun ötən həftə hıçqırıq krizisi yaşadığı sosial mediada paylaşılıb.
Bolsonaro son açıqlamasında bunları deyib: “Ağlayıb sızlamağı buraxın. Nə qədər ağlamağa davam edəcəksiniz? Nə qədər evdə qalıb hər yeri bağlayacaqsız? Artıq kimsə buna dözə bilməyəcək. Ölümlərdən ötrü kədərlənirik amma yenə deyirəm bir həll yoluna ehtiyacımız var".
Turqay Musayev