Şeyma Subaşı formasını qoruyur - FOTOLAR

13 İyul 2021 17:35 (UTC+04:00)

Misirli sevgilisi ilə uzun müddət tətildə olan sosial media fenomeni Şeyma Subaşı, bikinili postlarından sonra idmanla məşğul olduğu anları da yayımlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, gün ərzində dənizdən zövq alan fenomen axşamlar qonaqlıqlara qatılaraq əylənir.

İndi Subaşı, fit bədənini qorumaq üçün idman etdiyi anları pərəstişkarları ilə bölüşüb. Mini şortları ilə verdiyi poz ilə bir daha bədən formasını ortaya qoyub.

Ayşən Vəli