Yaxud, erməni separatçısı Rusiya SM-nı nədə ittiham etdi?
Azərbaycanın Qarabağ regionunda, hazırda Rusiya sülhməramlılarının (SM) nəzarətlərinə verilmiş bölgələrdə erməni separatçıları ilə SM kontingenti arasında ciddi qarşıdurmalar yaşanmaqdadır. Əslində, Xankəndi və ətraf bölgələrdə tərəflər arasında kəskin narazılıqlar və daxili qarşıdurmalar demək olar ki, hər gün baş verir və nəticədə sabitliyi bərqərar etmək məcburiyyətində qalan Rusiya SM-rı sərt qərarlar verməklə vəziyyəti stabilləşdirməyə çalışırlar.

O da sirr deyil ki, qanunsuz silahlı dəstələrin aşkarlanması, eləcə də hərbi birləşmə təmsilçilərinin geriyə - Ermənistana göndərilməsi prosesləri də davam edir. Məhz bu baxımdan, erməni separatçıları artıq Rusiya SM-nın onların qaranlıq və çirkin əməllərinə mane olduqlarını aşkarda bildirirlər.
Rusiya SM-nı barbar adlandıran separatçı, terrorçu və quldur
SİA xəbər verir ki, keçmiş erməni hərbçisi, separatçı quldur Martiros Akopyan müvəqqəti olaraq Azərbaycanın Qarabağ regionunda dislokasiya olunmuş Rusiya sülhməramlıları kontingentinə qarşı ağzı köpüklənə-köpüklənə ittihamlar yağdırıb.

Bu barədə Caliber-in YouTube kanalında təqdim edilən videosunda da bildirilir. Separatçı quldur deyir ki, Ermənistandan Qarabağa “hərbi xidmətə” gedənlərin qarşısını alan rusiyalı SM-lar onları geri göndərməklə yanaşı, həm də sənədlərini qeydiyyata alırlar ki, onlar növbəti dəfə geri dönərkən, daha ciddi axtarışlara məruz qalsınlar.

SİTAT: “Bu gün bizim əsgərlər Qarabağa xidmət etməyə gedirlər, hərbi formada vətənləri (?!-R.R.) qarşısında borclarını ödəməyə gələrkən rus əsgərləri onlara hərbi geyimləri çıxarmağa əmr edirlər və deyirlər ki, onların bu formaları daşımağa hüquqları yoxdur. Kim onlara bu haqqı verib? Bu, yolverilməzdir. Belə edirlər ki, Qarabağda ordu olmasın. Qarabağı kim müdafiə edəcək? Kimdir Rusiya sülhməramlısı? Mən onlarla görüşərkən dedim ki, onlar sülhməramlı deyillər, barbardırlar”.
Erməni qulduru bilməyə məhkumdur ki...
Əvvəla qeyd edək ki, həmin erməni hərbçilərinin vətənləri Ermənistandır və Azərbaycan onların vətənləri sayılmır, bu səbəbdən də Ermənistanın hərbi formasını Qarabağ ərazisində geyinmək qanunsuzluqdur. Onların məqsədləri terrorçuluq və separatçılıqdır.

Rusiya SM-na isə haqqı məhz Azərbaycan üçtərəfli bəyahata əsaslanaraq verib, ermənilərin xoşları gəlmirsə, yolları geriyə doğru açıqdır. O cümlədən, Qarabağda yalnız Azərbaycan Ordusu ola bilər və var. Eləcə də qısa müddətdə Xankəniyə daxil olaraq oradakı tör-töküntüləri bir neçə dəqiqə ərzində zibil qutularına yerləşdirə bilər. Qarabağı müdafiə edəcək güc varsa, yenə də Azərbaycandır və bunu 44 günlük müharibədə sübuta yetirdi. Rusiya SM-rı isə tələb edilən şərtlərə görə müvəqqəti şəkildə Qarabağdadırlar, həm də ona görə ki, erməni quldurları və barnarları yenidən 1988-ci ildə olduğu kimi başlarını qaldırmasınlar.
Artıq bu gün onların iddia etdikləri “artsax” adlandırılan qurumları yoxdur və Azərbaycanın əzəli, əbədi Qarabağı var!
Çox yəqin ki, bu qoca separatçı quldur necə deyərlər, fil qulağında yatıb və son vaxtlar baş verən hadisələrdən bixəbərdir. Görünür, bu gün onun baş quldurları – Araik Arutyunyan, David Babayan, Samvel Babayan və sairləri öz “artsaxvari” xam xəyallarına o qədər dalıblar ki, indi də Martiros Akopyan kimi qoca quldurlar bu qədər aşırı həyasızlıqlara yol verirlər. Artıq bu gün onların iddia etdikləri “artsax” adlandırılan qurumları yoxdur və Azərbaycanın əzəli, əbədi Qarabağı var. Rusiya sülhməramlıları isə üzərlərinə düşən vəzifələrini icra edirlər və əslində, bir çox hallarda Azərbaycanın maraqlarına zidd olan boşluqlara yol verirlər.

Bu boşluqların aradan qaldırılması üçün isə dövlət rəhbərliyi səviyyəsində bir neçə dəfə iradlar bildirilib və xəbərdarlıqlar edilib. Məhz bundan sonra Rusiya SM-rı özlərinə yavaş-yavaş çəki-düzən verməyə başlayıblar və anlayıblar ki, buraxdıqları boşluqları ilk növbədə təmsil etdikləri ölkələrinin rəhbərliyinə müsbət heç nə vermir. Çünki üçtərəfli bəyanatda məhz Rusiya rəhbərinin də imzası var. Ona görə də istər Laçın dəhlizində, istərsə də digər məsul olduqları yerlərdə üçtərəfli bəyanatda qeyd edilən müddəaları bu dəfə daha məsuliyyətli, ciddi şəkildə icra etməkdədirlər.

Əgər separatçı meyillərindən əl çəkmək istəməyənlərə gəldikdə isə, onların yeganə çıxış yolları var – çamodan, avtobus, taksi və əlvida Xankəndi, salam İrəvan...
Videoya təqdim etdiyimiz linkdən baxa bilərsiniz:
https://caliber.az/post/armyanskii-veteran-mirotvorcy-unizayut-i-zapugivayut-nas-video-14434
Rövşən RƏSULOV