Məşhur MMA-çı həbsxanada özünü asaraq öldürdü

13 İyul 2021 15:49 (UTC+04:00)

44 yaşlı məşhur MMA döyüşçüsü həbsxanada qaldığı kamerada ölü tapılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, məşhur MMA-çı Travis Fulton azyaşlı uşağa cinsi istismar və uşaq pornoqrafiyası kimi ciddi məsələlərdə ittiham olunub. Verilən məlumatlarda məşhur döyüşçünün özünü asaraq öldürdüyü qeyd olunub.

Turqay Musayev