Türkiyənin "Baykar" şirkətindən daha bir uğur

11 İyul 2021 02:49 (UTC+04:00)

Türkiyənin “Baykar” şirkəti pilotsuz uçuş aparatlarının dizaynında ağırlıq daşıma üzə böyük yeniliyə imza atılıb.
SİA xəbər verir ki, şirkətin istehsalı olan “AKINCI TİHA” (TİHA-hücumçu pilotsuz uçuş aparatı) Çorlu vilayəti ərazisində həyata keçirilən yeni dizaynli aparatların sınaq uçuşlarında göyərtəsinə 1360 kiloqram əlavə yük alaraq havaya qalxıb.
Ümumilikdə 6 min 49 kiloqram ağırlıqla havaya qalxan “AKINCI TİHA” 9 min 144 metr hündürlük qət edib.
Qeyd edək ki, iyulun 8-də keçirilmiş sınaq uçuşunda isə “AKINCI TİHA” pilotsuz uçuş aparatı havada 25 saat 46 dəqiqə hərəkət edərək 11 min 594 metr yüksəklik qət edib və bütün hədəfləri dəqiqliklə vura bilib.