Dünyanın ən uzun qalası

8 İyul 2021 14:16 (UTC+04:00)

Danimarkanın Blokhus şəhərində dünyanın ən uzun qum qalası tikilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, uzunluğu 21 metrdən çox olan qalanın quruluşu yapışqanla möhkəmləndirilib.

Bu qalanın hazırlanmasına 4860 ton qum sərf olunub. Qala qışa qədər ziyarətçilərin üzünə açılacaq.

Turqay Musayev