NASA cümə axşamı günü kosmik zibillərin təhlükəli bir şəkildə Beynəlxalq Kosmik Stansiyanın (BKS) yaxınlığından keçə biləcəyini xəbərdar edib, lakin “Roskosmos” bunu bir təhdid olaraq görmür - SİA xəbər verir ki, bunu dövlət korporasiyasının rəhbəri Dmitri Roqozin bildirib.
Amerikalı mütəxəssislər 8 iyul tarixində Moskva vaxtı ilə saat 16:16-da yaxınlaşma olacağını proqnozlaşdırırlar.
Rusiya müşahidə aparatlarına görə, obyekt 4.584 kilometr məsafədə BKS-dən aralı keçəcək.
Təhlükə barədə məlumat təsdiqlənərsə, stansiyanın orbitində düzəliş ediləcəkdir. Bu, "Roskosmos"un saytında qeyd edildiyi kimi, iddia edilən hadisədən 28 və ya 6 saat əvvəl baş verəcəkdir.
Hazırda BKS-də 65-ci ekspedisiya- ruslar Oleq Novitski və Peter Dubrov, amerikalılar Mark Vande Hay, Şan Kimbrov və Megan Mak Artur, yapon Akihiko Hoşide (stansiya komandiri) və fransız Tom Peskedən ibarət komanda işləyir.
Elçin