Bakıda avtomobil dərəyə aşıb FOTO

6 İyul 2021 14:00 (UTC+04:00)

Bakı Dairəvi avtomobil yolunda (Lökbatan istiqamətində) ağır yol qəzası olub.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev SİA-ya bildirib ki, hadisə nəticəsində minik avtomobili dərəyə aşıb.

Hazırda bu istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq var.