Şuranın korrupsiyaya qarşı mübarizə üzrə elan etdiyi maliyyə yardımı müsabiqəsinin qalibləri məlum oldu

1 İyun 2011 18:29 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının korrupsiya ilə mübarizə sahəsində QHT layihələrinin maliyyələşdirilməsi üçün elan etdiyi maliyyə yardımı müsabiqəsi yekunlaşıb.

Qurumdan SİA-ya verilən xəbərə görə, ümumi fondu 50000 manat olan müsabiqəyə 51 layihə təklifi daxil olmuş, bütövlükdə Şuradan tələb edilən məbləğ 415000 manat təşkil edib.

Şura ekspert rəylərini və QHT-lərin əvvəlki illərdə həyata keçirdiyi layihələrin icra vəziyyəti haqqında Katibliyin hazırladığı arayışları nəzərə alaraq, 11 layihənin maliyyələşdirilməsi barədə qərar qəbul edib.

Müsabiqə qaliblərinin siyahısı Şuranın qhtxeber.az və cssn.gov.az saytlarında yerləşdirilib.