Keyfiyyətsiz sərinləşdirici içkilər satışdan çıxarıldı

1 İyun 2011 17:22 (UTC+04:00)

Məlumat verildiyi kimi, normativ sənədlərin tələblərinə cavab verməyən sərinləşdirici içkilərin məhv edilməsi barədə İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən \"Mahmud Topçu K\" İstehsal Kommersiya Firmasına icrası məcburi göstəriş verilib. SİA-nın məlumatına görə, qeyd olunan göstərişin icrası ilə əlaqədar, 8579 litr sərinləşdirici içki Dövlət Xidmətinin əməkdaşlarının iştirakı ilə qanunvericilikdə müəyyən olunmuş qaydada məhv edilib. Haqsız rəqabətə yol verdiyinə görə, Dövlət Xidməti \"Mahmud Topçu K\" İstehsal Kommersiya Firması barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırıb.