İstanbulu su basıb - VİDEO

3 İyul 2021 17:50 (UTC+04:00)

Türkiyənin İstanbul əyalətinin Şile rayonuna yağan güclü yağışdan sonra daşqın olub. SİA xəbər verir ki, məlumatı “TRTHaber” yayıb.

Bildirilib ki, rayon ərazisindəki bir sıra evlər su altında qalıb. Su basmış evlərin boşaldılması üçün aidiyyəti qurumlar fəaliyyətə başlayıb.